You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin akselerasiya proqramı "Kənd təsərrüfatı" mövzusunda ilkin seçimlərə başladı.

Seçimlərə "Kənd təsərrüfatı" texnologiyaları üzrə startaplar müraciət edə bilərlər.

Seçim üçün əsas tələblər aşağıdakılardır:


  • 1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır. Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir.
  • 2. Akselerasiyada daimi iştirak edəcək komanda üvzi ingilis dili bilməlidir. Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək.
  • 3. Təqdim olunan məhsul/xidmət aydın şəkildə təsvir olunmalıdır.
  • 4. Məhsulun prototipi təqdim olunmalıdır.
  • 5. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
  • 6. Qısa formada biznes plan təqdim olunmalıdır.
  • 7. Kənd təsərrüfatı ixtisasında kvalifikasiyanız və ya kənd təsərrüfatı sahəsində təcrübəniz üstünlük hesab ediləcək.
  • 8. Müvafiq sahə üzrə təqdim olunan biznesin fəaliyyətə başlamasından təxminən 1 il keçməlidir.
  • 9. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız.
  • 10. Təqdim olunan layihələr ixrac bazarlarını təmin edən/genişləndirən eləcə də əlavə dəyərli məhsulları/xidmətləri gücləndirən istiqamətdə olmalıdır.

  • Proqram Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

  • Müraciət üçün: office@innoland.az
  • Ətraflı məlumat: (012) 444-74-33

Ana Səhifə
Ana Səhifə