15 Dekabr, 2019

"INNOLAND"də "Müasir əmək bazarının dəyişkən tələbləri" mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində ASAN Təlim-Tədris Mərkəzi və "EDC Azərbaycan"ın birgə tərəfdaşlığı ilə “Müasir əmək bazarının dəyişkən tələbləri” mövzusunda seminar təşkil olunub.

"BP" Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli müasir əmək bazarı ilə bağlı aktual mövzulara aydınlıq gətirib. Seminar zamanı Bəxtiyar Aslanbəyli müasir əmək bazarında gənclərin artan rolundan və yerli biznes mühitindəki əsas tendensiyalardan bəhs edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"Global Game Jam" tədbirinə start verilib

Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.

"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.

Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.

Ətraflı oxu
innoland news image

"INNOLAND"in tərəfdaşlığı ilə "Digital Startup Awards" beynəlxalq müsabiqəsinə qeydiyyat davam edir!

"INNOLAND"in tərəfdaşlığı ilə "Digital Startup Awards" beynəlxalq müsabiqəsinə qeydiyyat davam edir!

"Ən yaxşı startap" kateqoriyası üzrə yetkin Seed və Series A mərhələsində olan startaplar üçün nəzərdə tutulan bu proqram 9 ölkəni əhatə edir.

Hər ölkədən 2 finalçı seçilərək Daşkənddə keçiriləcək böyük finalda iştirak edəcək!

Ümumi iştirakçılar arasında ən azı 15%-i qadınlar tərəfindən idarə olunan startaplardır. Qadınların rəhbərlik etdiyi komandalar üçün xüsusi onlayn yarımfinal mərhələsi keçiriləcək.

Proqramlar KPI əsaslıdır – yəni nəticə yönümlü dəstək və inkişaf imkanı təklif olunur.

Qeydiyyat və ətraflı məlumat üçün: startupbase.uz/en/digital-startup-awards

Ətraflı oxu
innoland news image

“Nextsale” və “Whelp” startaplarına investisiyalar verilib

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.

Həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.

Ətraflı oxu