6 iyun tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan görüşdə "Mindrock Capital"ın İnvestisiyalar şöbəsinin rəhbəri, vençur kapitalist Ülvi Rəşid öz təcrübəsini bölüşüb.
Tədbir zamanı iştirakçılara spiker tərəfindən "Maliyyələşdirilə biləcək formaya düşmək" mövzusu haqqında geniş məlumat verilib. Görüşdə, həmçinin "Silikon Vadisində vençur kapitalı mənzərəsi və onun inkişafı", "VC-lər təsisçilərlə görüşərkən nə axtarırlar?", "VC təsdiq qutusu və qərar qəbul etmə sxemi" mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində 600 min manat yatırım cəlb ediblər.
Bunlar “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact, Onepoint”, “Topla.az”, “Whelp” startaplarıdır.
Həmin startaplar yerli və xarici investorlardan ümumilikdə 600 min manat investisiya cəlb ediblər. Cəlb olunan investisiyanın 25 faizi xarici, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Akselerasiya proqramı elan edir.
İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edir. "INNOLAND"in Akselerasiya proqramı müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir.
Hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar verilir və bu onları hədəflərinə nail olmağa daha da yaxınlaşdırır.
Akselerasiya proqramı "Demo Day" ilə başa çatır. Məzun olmuş komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edirlər.
Seçim meyarları:
* Ən azı 50.000 AZN investisiya almalı
* Müəyyən qədər dövriyyəsi olmalı
* Ən azı 2 həmtəsisçisi olmalı
* Qlobala çıxma ambisiyaları olmalı
Qeydiyyat üçün : https://forms.gle/xsRTSmfdmPAWrHwZ6
Son qeydiyyat tarixi: 30 iyun
V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində
Keçirilən infosessiya zamanı tələbələrə startap ideyasının inkişaf mərhələləri, güclü komandanın qurulması və innovasiya ekosistemində iştirak imkanları haqqında məlumat verildi.
Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin: https://gub.icenter.az/home
Proqram sizə nə qazandıracaq?
Yeni bilik və praktiki bacarıqlar əldə etmək imkanı
Təlimlər və mentor dəstəyi
Startap ideyanı inkişaf etdirmək və həyata keçirmək şansı
Şəbəkələşmə və yeni əməkdaşlıqlar qurmaq imkanı
Gələcəyin innovativ ideyalarını reallaşdırmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun!