"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Macarıstanda keçirilən "NGO Digitalization" tədbirində iştirak edib.
Tədbirdə "INNOLAND"in direktoru Məmməd Kərimov spiker qismində çıxış edib.
Həmçinin nümayəndə heyəti Budapeşt, Brüsel və Berlin şəhərlərində təşkil olunmuş tədbirlərdə startap ekosisteminin istirakçıları ilə görüşlər keçiriblər.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyi və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun dəstəyilə Gəncə-Daşkəsən iqtisadi rayonunda StartupFest Gəncə proqramına start verilir. Proqramın məqsədi təmiz enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasıdır. Proqram çərçivəsində startap müsabiqəsinin təşkili, startaplar üçün təlimlərin və akselerasiya proqramının keçirilməsi nəzərdə tutulur.
Proqram üzrə müraciətlər 15 Mart 2023-cü il tarixinə qədər davam edəcək.
Qoşulmaq üçün: https://form.jotform.com/230531646484457
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutub. Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçirilib.
Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev süni intellekt, onun imkanları, əhəmiyyəti və gələcəyə təsirindən danışıblar.
ASAN könüllüləri üçün "İdeyadan Biznesə" mövzusunda təlim təşkil olunub.
Təlim “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov tərəfindən həyata keçirilib.
İştirakçılar "İdeyanın formalaşması", "İnnovativ ideyalar", "İnnovativ düşünməni artıran metodlar" və "Korporativ innovasiya sistemi" mövzularında ətraflı məlumatlar alıblar. Həmçinin tapşırıqlar üzərində işlər görülərək praktiki təcrübələr qazanıblar!
Bu cür təlimlər gənclərə yeni ideyalar yaratmaq və innovasiya düşüncəsini inkişaf etdirmək üçün böyük imkanlar yaradır.