16 Sentyabr, 2024

"İdeyadan investisiyaya"

Salyan “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirdiyimiz 3 günlük təlim başa çatdı. "İdeyadan investisiyaya" adlı 3 modullu təlim proqramında iştirakçılara:

İdeya generasiyası

Startap ekosistemi - ənənəvi biznesdən fərqlər

Təqdimat bacarıqları - Nə? Harada? Nə zaman? mövzularında məlumatlar verildi.

Həmçinin, hər modula uyğun vörkşoplar təşkil edildi, iştirakçılar komanda şəklində müxtəlif tapşırıqları icra etdilər.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

"ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək. Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir. 20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək. Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub. “DIGIAGE - Bakı 2025” düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18

Ətraflı oxu
innoland news image

“Startup Grind - Ganja” tədbiri baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 29 iyul tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.

Görüşdə spiker qismində “Halal Booking” şirkətinin həmtəsisçisi Ənvər Cəbi çıxış edəcək. "Halal booking" şirkəti 2009-cu ildə Elnur Seyidli və Ənvər Cəbi tərəfindən yaradılıb. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə "Dünyanın ən yaxşı halal səyahət saytı" və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat" mükafatına layiq görülüb. “Traveltech - Pandemiyadan əvvəl və sonra” mövzusuna həsr olunmuş bu görüşdə şirkətin həmtəsisçisi Ənvər Cəbi öz dəyərli təəcrübələrini və biliklərini bizimlə bölüşəcək.

Moderator "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev olacaq.

"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.

Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.

Ətraflı oxu
innoland news image

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri və tələbələri ilə görüş keçirilib.

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri və tələbələri ilə görüş keçirilib.
 
Görüş zamanı universitetlərdə innovasiya ekosisteminin inkişafı, mövcud boşluqlar və onların aradan qaldırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub. Eyni zamanda, V “TUSİ” inkubasiya proqramı çərçivəsində AZMİU tələbələrinin formalaşdırdığı komandaların ideyaları və növbəti inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Ətraflı oxu