Taskilled, Wegros, Testedweb və E-legal startaplarımız Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forumda iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən "GIC Innovation Akselerasiya (iX) Proqramı" təlimləri başa çatıb.
18 mart tarixində proqram iştirakçılarının proqram ərzində əldə etdikləri bilikləri tətbiq edərək ərsəyə gətirdikləri startapların təqdimatı baş tutub.
Təqdimat Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə uyğun olaraq koronavirus səbəbi ilə virtual qaydada həyata keçirilib. Belə ki, təqdimatçılar ərsəyə gətirdikləri startapları onlayn olaraq Azərbaycan və Amerikadan tədbirə qoşulmuş münsiflər heyətinə təqdim ediblər.
Stanford Universitetinin təcrübəli mütəxəssisləri tərəfindən tədris olunan 8 həftəlik proqramda tələbələr, təşəbbüskarlar, orta və böyük şirkət rəhbərləri iştirak ediblər. Təlimlərdə Silikon Vadisinin təcrübəsi ilə yanaşı yerli mövzulara uyğun mentorluq və dünya səviyyəli vörkşopların təcrübələrindən də istifadə edilib.
"GIC Innovation Akselerasiya (iX) Proqramı" Stanford Universitetinin "İdeyadan biznesə professional inkişaf" kurikulumu əsasında keçirilən 8 həftəlik proqramdır. Bu unikal proqram startaplarda, şirkətlərdə və dövlət orqanlarında məhsul və biznesin inkişafı üçün innovativ düşüncə formalaşdırır, yerli ekosistemin inkişafı üçün qlobal resurslara çıxışı təmin edir.
“NeecroLearn” oyun inkubasiya proqramında netvörkinq və təcrübə mübadiləsi görüşləri davam edir.
Proqramın II mərhələsi çərçivəsində təşkil olunan növbəti netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "M3DS Academy" və "Vertpaint Studios"un 3D oyun rəssamı Cavid Şükürlü olub. "Portfolio yaradılması və xaricdə iş axtarışı" mövzusunda çıxış edən Cavid Şükürlü peşəkar portfolionun hazırlanması, işəgötürənlərin diqqətini cəlb edən əsas məqamlar və beynəlxalq oyun sənayesində karyera imkanları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
3-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib.
Düşərgədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən komanda ilə iş, innovativ düşüncə mövzusunda təlim proqramı baş tutub.
2 hissədən ibarət olan proqramın 1-ci hissəsində uşaqlara "İdeya və innovasiya nədir?", "İnnovativ ideyanın biznesə çevrilməsi" mövzuları haqqında məlumat verilib. 2-ci hissədə uşaqların innovativ düşüncələrinin artırılması məqsədilə yarışma keçirilib. Uşaqlar onlara verilmiş problem üzrə həll yolları hazırlayıblar.