10 Oktyabr, 2026

V “TUSİ” inkubasiya proqramının təlimlərinə start verildi.

V “TUSİ” inkubasiya proqramının təlimlərinə start verildi.
 
Proqram çərçivəsində ilk təlim “İnvestor təqdimatlarına hazırlıq” mövzusuna həsr olunub. Təlimi Azərbaycanda ilk oyun inkubatoru və oyun tərtibatı mərkəzi olan “Gamepons” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vüsal Kərimli keçirib.
 
İştirakçılar investor qarşısında təqdimata hazırlıq, layihənin effektiv təqdim edilməsi və investorlarla düzgün ünsiyyət qurulması ilə bağlı praktiki bilik və dəyərli tövsiyələr əldə ediblər.
Növbəti təlimlərdə onları yeni mövzular, praktiki biliklər və yeni imkanlar gözləyir.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.

"Gələcək üçün bacarıqlar" layihəmizin V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.

Təlim zamanı iştirakçılar ideyaların hüquqi qorunması, əqli mülkiyyət hüquqları, patentləşdirmə prosesi və innovativ məhsulların qorunma mexanizmləri barədə ətraflı məlumat əldə etdilər. 

Ətraflı oxu
innoland news image

“Taskool” və “Main Team Organization” arasında əməkdaşlıq memorandumu imzalanıb

“Taskool” və “Main Team Organization” arasında əməkdaşlıq memorandumu imzalanıb
 
INNOLAND rezidenti “Taskool” və ABŞ-da fəaliyyət göstərən “Main Team Organization” LLC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində tərəflər “SciTech Science & Technology Olympiad” layihəsinin beynəlxalq “Grand Final” mərhələsinin hazırlanması və keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Nyu-Yorkda keçiriləcək finalın təşkilati proseslərinin koordinasiyası, tədbirin keçirilməsi və qaliblərin mükafatlandırılması da əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
“SciTech Science & Technology Olympiad” elm və texnologiyaya maraq göstərən məktəblilərə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan platformadır.
Ətraflı oxu
innoland news image

"INNOLAND"də "Müasir əmək bazarının dəyişkən tələbləri" mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində ASAN Təlim-Tədris Mərkəzi və "EDC Azərbaycan"ın birgə tərəfdaşlığı ilə “Müasir əmək bazarının dəyişkən tələbləri” mövzusunda seminar təşkil olunub.

"BP" Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli müasir əmək bazarı ilə bağlı aktual mövzulara aydınlıq gətirib. Seminar zamanı Bəxtiyar Aslanbəyli müasir əmək bazarında gənclərin artan rolundan və yerli biznes mühitindəki əsas tendensiyalardan bəhs edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ətraflı oxu