“INNODOST” – İnnovasiya və Startap Proqramı "Könüllü DOST" proqramının təşkilatçılığı, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Könüllü Klubları” layihəsi çərçivəsində “INNODOST” – 3 modullu proqram uğurla başa çatdı. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanovun təqdimatında, 3 gün ərzində modullar çərçivəsində təlimlər keçirildi. İştirakçılar innovasiya ekosistemi, yaradıcı düşüncə, startap quruculuğu və sahibkarlıq bacarıqları barədə dəyərli biliklər əldə etdilər.
“DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsinə start verildi!
“İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi DIGIAGE”nin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 238 müraciətçi arasından seçilən 100 iştirakçı komandalar şəklində öz rəqəmsal oyunlarını yaradacaqlar.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bakcell”lə birgə elan etdiyi 1-ci İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 5 startapdan 3-ü yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “Bon.az”, “Towaves” və “Face Ads” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
“Face Ads” sosial media problemlərini həlletmə yönümlü platformadır.
“ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən platformadır.
“Bon.az” istifadəçilərin onlayn alış-verişdən “cashback“ əldə etməsi üçün yaradılan sistemdir.
OBA SİD layihəsi uğurla davam edir!
"OBA" marketlər şəbəkəsinin layihəsi olan "Startap, İnnovasiya və Dəstək“ proqramı çərçivəsində "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında növbəti təlimlər baş tutub. Bu dəfə iştirakçılar startap üzrə ekspert Mübariz Şahbazlı tərəfindən “Pitch deck hazırlanması” və “Təqdimat bacarıqlarının inkişafı” mövzularında praktiki biliklər əldə ediblər.
Təlimlər zamanı iştirakçılara investorlara yönəlik effektiv təqdimat quruluşunun hazırlanması, ideyanın aydın və inandırıcı şəkildə ifadə olunması, eləcə də çıxış bacarıqlarının gücləndirilməsi ilə bağlı faydalı tövsiyələr verilib.