6 Noyabr, 2025

“Yemeksepeti.com”un qurucusu və keçmiş icraçı direktoru Nevzat Aydın ilə onlayn görüş keçirilib

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəvəti ilə regionun ən tanınmış sahibkarlarından biri, “Yemeksepeti.com”un qurucusu və keçmiş icraçı direktoru Nevzat Aydın ilə onlayn görüş keçirilib.

Görüşdə “INNOLAND” rezidentləri “Tada!” və “Enverson” startapları layihələrini təqdim ediblər. Müzakirələrdə əməkdaşlıq və investisiya imkanları dəyərləndirilib, növbəti mərhələdə əlaqələrin davam etdirilməsi planlaşdırılır.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti  "Botbox"​ tərəfindən regionda ilk dəfə doğma dilimizdə "COVID-19" ilə bağlı çatbot "WhatsApp" və "Facebook Messenger​" üzərindən istifadəyə verilib.

Çatbot 24/7 rejimində insan müdaxiləsinə ehtiyac olmadan vətəndaşlarımızı dünyada və ölkədə koronavirusla bağlı olan statistik məlumatlarla real zamanda tanış edir. Bu məlumatlar rəsmi qaynaqlardan APİ-lər vasitəsi ilə toplanır, WhatsApp və ya Facebook bildirişi şəklində təqdim olunur.

Həmçinin, Botbox çatbotu pandemiyadan qorunmaq üçün gündəlik diqqət olunması vacib sayılan məsləhətləri, məsafədən effektiv çalışmaq üçün faydalı olacaq internet resurslar haqqında məlumatları da əhalinin şəxsi və iş məqsədi ilə ən çox istifadə etdiyi iki tətbiq üzərindən onlarla bölüşür.

Qeyd edək ki, mesajlaşma və sosial şəbəkə tətbiqləri həyatımıza ən çox nüfüz edən rəqəmsal platformalar olduğundan, məhz bu tətbiqlər üzərindən böyük kütlə ilə kommunikasiya qurmaq çox effektiv sayılır. Buna görə də Dünya Səhiyyə Təşkilatı və Facebook tərəfindən birgə hazırlanmış COVID-19 ingilisdilli çatbotu bir neçə gün ərzində miliyonlarla insan tərəfindən istifadə edilib. 

Azərbaycan da regionun ən sürətli rəqəmsallaşan iqtisadiyyatlarından birinə sahib olan ölkə kimi innovativ texnologiyaların sosial və biznes yönümlü faydalarından yararlanmağı hər zaman aktual saxlamışdır.

Təsadüfi deyil ki, bu çatbotu ərsəyə gətirən ​Botbox startapı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin rezidentidir.

COVID-19 WhatsApp botu​ ​| ​Messenger botu üçün kliklə

 

Ətraflı oxu
innoland news image

“Be Investor” proqramına start verildi!

“Be Investor” proqramına start verildi!
 
INNOLAND və Türkiyənin "BE Advise" konsaltinq şirkəti tərəfindən təşkil olunan proqramın ilk təlimi uğurla baş tutdu. İştirakçılar startap ekosisteminin əsasları, investisiya axınının qurulması və startap seçimi mövzuları ilə tanış oldular. Proqramın məqsədi iştirakçılarda analitik düşüncə formalaşdırmaq və real investisiya qərarları verə bilən investor bacarıqları qazandırmaqdır. 
 
1 ay davam edəcək proqram boyunca iştirakçıları daha praktiki və dərin mövzular gözləyir.
Ətraflı oxu
innoland news image

“NeecroLearn” oyun inkubasiya proqramına start verildi!

“NeecroLearn” oyun inkubasiya proqramına start verildi!
 
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Neecro Project studiyasının təşkilatçılığı ilə həyata keçirilən proqramın ilk təlimi baş tutdu.
 
İlk modul çərçivəsində “Oyun yaradıcılığına giriş və Unity əsasları" mövzusu üzrə iştirakçılar oyun sənayesinin fundamental prinsipləri və alətləri ilə tanış oldular.
Qarşıda isə 6 ay davam edəcək intensiv inkişaf yolu var, yeni biliklər, real təcrübə və oyun dünyasına ilk addımlar!
Bu proqram gənclərin rəqəmsal yaradıcılıq bacarıqlarını inkişaf etdirərək yerli oyun ekosisteminə töhfə verməyi hədəfləyir.
Ətraflı oxu