Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri Gürüstanda baş tutan "EuroAsian Startup Awards" çərçivəsində keçirilən "Hackmeout Hackathon"da iştirak ediblər.
Tədbirə 10 ölkədən 100-ə yaxın startap rezidenti qatılıb.
Qeyd edək ki, "EuroAsian Startup Awards" Google və Microsoft kimi qlobal şirkətlərlə, məşhur sənaye mütəxəssisləri və investorları ilə tərəfdaşlıq edən dünyanın ən böyük startap müsabiqələrindən biridir. "EuroAsian Startup Awards"in Azərbaycan üzrə ölkə təmsilçisi "SUP" Akseleratorudur.
1 milyon dollarlıq mükafat fondu sizi gözləyir!
"INNOLAND"in tərəfdaşlığı ilə keçirilən "DIGITAL STARTUP AWARDS" Özbəkistan beynəlxalq müsabiqəsinə qeydiyyat başlayıb!
"Digital Startup Awards" Orta Asiya, Qafqaz və Monqolustan regionlarında innovasiya və startap ekosistemlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən beynəlxalq müsabiqə və inkişaf proqramıdır.
Azərbaycanlı startaplar üçün 3 möhtəşəm istiqamət üzrə iştirak imkanı var:
Ən yaxşı startap layihəsi
Seed / Series A mərhələsində olan, rəsmi qeydiyyatdan keçmiş startaplar
Akselerasiya proqramı
Ən azı 3 aylıq satışı olan startaplar.
Sentyabr-dekabr aylarında xərcləri qarşılanmaq şərti ilə minimum 1 nəfərin iştirakı vacibdir
İnkubasiya proqramı
MVP və ya işlək prototip
Rəsmi qeydiyyat tələb olunur
Qaliblər böyük imkanlar və qlobal səviyyədə tanınma imkanı əldə edəcək!
Ətraflı və qeydiyyat: startupbase.uz/en/digital-startup-awards
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bank Respublika” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində Demo Day-də çıxış edəcəklər. "Bank off", "Paylink", "Fintrack", "One Point" və "Dama Dama" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.