"INNOLAND" Mərkəzi startapları ilə birgə regionun ən böyük texnologiya və startap platforması olan "TakeOFF İstanbul" tədbirində iştirak etməyə hazırlaşır!
Tədbirdə ölkəmizi təmsil edəcəyik. Həmçinin texnologiya həvəskarları, startapçılar və investorlarla birgə yeni əməkdaşlıqlara başlayacağıq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP VC", və "Tech academy"nin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycanda "Global Game Jame Next" tədbiri keçiriləcək.
13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.
İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar.
"Global Game Jam Next"in əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmələrə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.
Qeydiyyat linki: https://bit.ly/2D4ZApp
Qeydiyyat üçün son tarix: 11 iyul
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.
Qonaqlar, həmçinin, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” Mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
2 gün davam edən görüşdə qonaqlara startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib, həmçinin bu istiqamətdə bilik və qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib.
Tədbirin ilk günü Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Hamlet Məmmədov iştirakçıları “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış edib.
Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 2 gün davam edəcək.
Sonda qalib komandalar Şamaxı "ASAN xidmət"də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.