20 Avqust, 2025

“Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri

ÜTÜ Qrup (ünsiyyətin təkmilləşdirilməsi üsulları) şirkətinin və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.

Səfər zamanı iştirakçılar mərkəzin fəaliyyəti, startap ekosistemi, ideyaların biznesə çevrilməsi mərhələləri və innovasiya mühitinin iş prinsipləri barədə dəyərli məlumatlar əldə etdilər.

İnfosessiya INNOLAND komandası tərəfindən təqdim olundu.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində təlimlər davam edir!

“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində təlimlər davam edir!
 
Növbəti təlim “Lean Startup: ideyanın yoxlanması və MVP-nin hazırlanması” mövzusuna həsr olunub. Təlimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnnovativ Biznes İnkubator" şöbəsinin müdiri Rasim Abdullayev aparıb.
 
İştirakçılar startap ideyalarının yoxlanılması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və minimum işlək məhsulun (MVP) hazırlanması ilə bağlı praktiki biliklər əldə ediblər. Həmçinin fərziyyələrin sınaqdan keçirilməsi, istifadəçi rəylərinin toplanması və məhsulun əldə olunan nəticələr əsasında təkmilləşdirilməsi müzakirə olunub.
İştirakçıları qarşıdakı təlimlərdə yeni mövzular, praktiki biliklər və fərqli imkanlar gözləyir!
Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti "500 Startups" Akselerasiya proqramına qoşulub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "500 Startups" Akselerasiya proqramına qəbul olub.

"500 Startups" daha çox ölkədən innovativ startapları əhatə dairəsinə qatmaq üçün Gürcüstanda akselerasiya proqramına başlayıb. "500 Georgia" proqramı qonşu ölkələrdən ən uğurlu startapları dəstəkləyir. Proqram müddətində "Nextsale" bir çox vacib mövzularda beynəlxalq mütəxəssislərdən böyük təcrübələr əldə etməyi hədəfləyir.

Qeyd edək ki, "500 Startups"ın Gürcüstanda başlatdığı akselerasiya proqramına Azərbaycandan qəbul edilən yeganə startap "Nextsale"dir.

Ətraflı oxu
innoland news image

“Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.

Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.

Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.

Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Ətraflı oxu