OBA SİD layihəsi uğurla davam edir!
"OBA" marketlər şəbəkəsinin layihəsi olan "Startap, İnnovasiya və Dəstək“ proqramı çərçivəsində "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında növbəti təlimlər baş tutub. Bu dəfə iştirakçılar startap üzrə ekspert Mübariz Şahbazlı tərəfindən “Pitch deck hazırlanması” və “Təqdimat bacarıqlarının inkişafı” mövzularında praktiki biliklər əldə ediblər.
Təlimlər zamanı iştirakçılara investorlara yönəlik effektiv təqdimat quruluşunun hazırlanması, ideyanın aydın və inandırıcı şəkildə ifadə olunması, eləcə də çıxış bacarıqlarının gücləndirilməsi ilə bağlı faydalı tövsiyələr verilib.
“Data elmi və maşın öyrənməsinə giriş bootcamp"ı davam edir!
NNOLAND-in və MİUUL – Türkiyənin innovativ təhsil və texnologiya şirkətinin əməkdaşlığı ilə 29 sentyabrda keçirilən “bootcamp” çərçivəsində “Data Elmi üçün Python Proqramlaşdırması” mövzusunda sessiya keçirilib.
Sessiya zamanı tapşırıqlar və quiz nəticələri təhlil olunub. İştirakçıların sualları cavablandırılıb və anlayış səviyyəsi müzakirə edilib.
30 avqust tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "Nextstep" İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün "Demo Day" təşkil olunub.
Məqsəd investorlarla potensial startapları bir araya gətirərmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.
Hər birində 3 gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş 5 startap və “INNOLAND"in rezidentləri iştirak ediblər.
Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.
Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.
"INNOLAND" Mərkəzi startapları ilə birgə regionun ən böyük texnologiya və startap platforması olan "TakeOFF İstanbul" tədbirində iştirak etməyə hazırlaşır!
Tədbirdə ölkəmizi təmsil edəcəyik. Həmçinin texnologiya həvəskarları, startapçılar və investorlarla birgə yeni əməkdaşlıqlara başlayacağıq.