Rezidentlərimiz "Convitsa", “DoVotes” və "Enverson" startapları I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
Bu forum Azərbaycanın investisiya mühitini, yeni imkanlarını və gələcək əməkdaşlıqlarını müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən iş adamlarını, investorları və innovativ layihələri bir araya gətirir.
Komandalarımıza uğurlar arzulayırıq!
COVID-19 pandemiyası bütün sahələrə ziyan vurub. Bunun da həlli innovasiyadadır. Bu innovativ həllər haqqında beynəlxalq jurnallar da yazır. Azərbaycan startap ekosistemi də öz növbəsində dünyaya innovativ təkliflər verir.
Bu ilin əvvəlində ölkəmizdə keçirilmiş “Hack Cov-19” tədbirinin səs-sorağı dünyanın ən məşhur biznes-innovasiya medialarından da gəlir. Belə medialardan biri “Forbes” jurnalıdır. “Forbes’un yeni məqaləsində pandemiya zamanı dünyada tətbiq olunmuş innovativ həllər haqqında danışılır və məqaləninin daxilində yerli akselerasiya mərkəzi “SUP.VC” şirkətinin təşkil etdiyi “Hack Cov-19” qeyd olunub. Tədbir “Forbes” jurnalında aşağıdakı kimi qeyd olunub:
“Hətta Avrasiyadan Azərbaycan pandemiya zamanı bir-birlərinə daha yaxşı dəstək olmaq üçün ictimaiyyətə kömək etmək məqsədi ilə Qlobal Virtual Hakatona ev sahibliyi etdi və Polşa komandası qalib oldu”
"Tədbir elə böyük bir təzyiq altında baş verdi ki, bir ay belə hazırlaşmadan qlobal ictimaiyyətin mübarizəsinə kömək etmək üçün əla qərarlar qəbul edə bildik" tədbirin təşkilatçısı və SUP.az-ın icraçı direktoru Vüsal Kərimli bildirdi.
Qeyd edək ki, təşkil olunmuş “Hack Cov-19” adlı hakatonda 45 ölkədən 600-dan çox müraciətçi iştirak etmişdi.
2015-ci ildə qurulan “SUP.VC” şirkəti startaplara xarici və yerli mentorlar vasitəsi ilə məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur. Qlobalda 38 mentoru olan və 22 startap şirkətində paya sahib olan şirkət 12 beynəlxalq hackatona ev sahibliyi edib. 2020-ci ildən etibarən şirkət həm Budapeşt, həm də Tallində Avropa ofisini açıb və xidmətlərini daha da genişləndirir.
V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 300-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: ➡️ https://gub.icenter.az/home