15 İyul, 2024

Gənclər üçün “TechPath” layihəsi həyata keçirilib

5-15 iyul tarixlərində "INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən biri Elxan Şükürovun layihə rəhbəri olduğu, “TechPath” layihəsi həyata keçirilmişdir. 

Əsas məqsədi gənclərdə sahibkar və innovativ düşüncə tərzini formalaşdırmaq, innovasiya ekosisteminin komponentlərini mənimsəmək və startap savadlılığını artırmaq olan “TechPath” layihəsi çərçivəsində ümumilikdə 40 nəfər gənc əhatə olunaraq, 3 nəzəri təlim, 2 vörkşop və 1 infotur baş tutmuşdur. 

Sonda iştirakçılar sertifikat və diplomlarla mükafatlandırılmış, aktivlik nümayiş etdirən və ideyaları fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif olunmuşdur.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND", "Next Step" və "SUP Akselerator"u arasında memorandum imzalanıb

10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.

Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.

Ətraflı oxu
innoland news image

"Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq

“INNOLAND”də "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq. Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçiriləcək. Spiker qismində Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev çıxış edəcəklər.

Tədbir 27 fevral saat 19.00-da başlayacaq.

Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/127654298623758

Ətraflı oxu
innoland news image

“INNOLAND”in rezidentləri 600 min manat yatırım cəlb ediblər

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində 600 min manat yatırım cəlb ediblər.

Bunlar “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact, Onepoint”, “Topla.az”, “Whelp” startaplarıdır.

Həmin startaplar yerli və xarici investorlardan ümumilikdə 600 min manat investisiya cəlb ediblər. Cəlb olunan investisiyanın 25 faizi xarici, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.

Ətraflı oxu