12 Yanvar, 2020

“INNOLAND” və “AzerGold QSC” birgə Akselerasiya proqramının "Demo Day"i keçiriləcək

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “AzerGold QSC” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində "Demo Day"də çıxış edəcəklər. "Join 2b2", "Buqelemun", "Təmiz hava" və "Günəş Bioqaz" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.

“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“NeecroLearn” oyun inkubasiya proqramında təlimlər davam edir

“NeecroLearn” oyun inkubasiya proqramında təlimlər davam edir.

Proqramın II mərhələsində təşkil olunan netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "Dynamic Box Studio" oyun studiyasının həmtəsisçisi Şahin Əliyev olub. Görüşdə "Oyun və digital məhsulların prototipləşdirilməsi" mövzusunda çıxış edən Şahin Əliyev ideyaların məhsula çevrilməsinin ilkin mərhələləri, prototipləşdirmə prosesi və bu sahədəki praktiki təcrübələrini iştirakçılarla bölüşüb.

Ətraflı oxu
innoland news image

Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.

Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin Big Data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.

 

Ətraflı oxu
innoland news image

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçiriləcək. “Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutacaq. Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak edəcək. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.

Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.

Tədbir 10 oktyabr saat 15.00-da Gəncə Dövlət Universitetində keçiriləcək.

Biletləri buradan əldə edə bilərsiniz: https://startupgrindganja1.ticketsetup.com/az

 
Ətraflı oxu