Rezidentlərimiz "Convitsa", “DoVotes” və "Enverson" startapları I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
Bu forum Azərbaycanın investisiya mühitini, yeni imkanlarını və gələcək əməkdaşlıqlarını müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən iş adamlarını, investorları və innovativ layihələri bir araya gətirir.
Komandalarımıza uğurlar arzulayırıq!
"INNOLAND"in rezident startapı "Tada!" 120 startap və 428 gənc arasında 2-ci yerə layiq görülüb. "STARBUCKS FOUNDATION" və "Alshaya Group"un "Habitat" Dərnəyi ilə əməkdaşlığı nəticəsində Avrasiya üzrə 120 startap və 428 gənci əhatə edən "EmpowerMe Youth Programı"nın final mərhələsi baş tutub.
Proqramın final mərhələsində 8 komandaya Türkiyədə keçirilən "EmpowerMe Demo Day"də öz biznes ideyalarını təqdim etmək imkanı verilib.
Mükafatçılar innovativ həlləri ilə "Tada!" (Azərbaycan), "LumoGluco" (Türkiyə) və "Nauanix" (Qazaxıstan) komandaları olub.
Startap komandamızı təbrik edir və uğurlar arzulayırıq!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP.VC" və "NEXT STEP"in birgə təşkilatçılığı ilə 3 iyul tarixində "Startap ideyamı necə tapım?" mövzusunda təlim baş tutacaq.
Təlimdə "INNOLAND"in startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev, "NEXT STEP" İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov və "SUP.VC" şirkətinin direktoru Vüsal Kərimli spiker kimi çıxış edəcəklər. Startap sahəsində dərin təcrübəyə sahib olan spikerlər öz təcrübələrini paylaşacaq və təlimə qatılanları startap dünyasına istiqamətləndirəcəklər.
Təlim onlayn şəkildə "Facebook" platformasında baş tutacaq.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi” və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində “Fintech Meetup” keçiriləcək. Meetup, “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində baş tutacaq. Görüşdə Şefket Sayalıoğlu müasir səyahət, maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.
Şefket Sayalıoğlu, Səyahət-Fintex sahəsində olan “SwayPay” şirkətinin həmtəsisçisi və eyni zamanda baş direktorudur. “SwayPay” şirkəti 2017-ci ildə qurulub. Şirkətin əsas məqsədi otellərə daha çox gəlir qazandırmaq üçün sürətli, təhlükəsiz sifariş rəsmiləşdirilmələri və ödənişləri həyata keçirməkdir.
Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.
Tədbir, 20 sentyabr saat 16.00-da “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcəkdir.