"Kiber One Baku - Beynəlxalq İT Məktəbi"nin şagirdləri INNOLAND-də qonaq oldular. Şagirdlər INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə yaxından tanış olaraq ölkəmizdəki innovasiya və startap ekosistemini kəşf etdilər. Mərkəzin məqsəd və xidmətləri haqqında geniş məlumat alan şagirdlər rezident startaplarla birbaşa ünsiyyət qurdular, suallarını ünvanladılar və real layihələrlə tanış oldular. Ziyarət çərçivəsində uşaqlar həm də iLAB innovativ laboratoriyasının fəaliyyətini izlədilər, burada yaradıcı ideyaların prototiplərə çevrilməsi prosesini gördülər.
“INNODOST” – İnnovasiya və Startap Proqramı "Könüllü DOST" proqramının təşkilatçılığı, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Könüllü Klubları” layihəsi çərçivəsində “INNODOST” – 3 modullu proqram uğurla başa çatdı. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanovun təqdimatında, 3 gün ərzində modullar çərçivəsində təlimlər keçirildi. İştirakçılar innovasiya ekosistemi, yaradıcı düşüncə, startap quruculuğu və sahibkarlıq bacarıqları barədə dəyərli biliklər əldə etdilər.
DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində gənc könüllülərin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinə tanışlıq səfəri uğurla baş tutdu!
İştirakçılar startap ekosistemi ilə yaxından tanış oldular, ideyaların biznesə çevrilməsi mərhələləri və innovasiya mühitinin fəaliyyəti barədə məlumatlar əldə etdilər.
Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon” başa çatıb.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.
İştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.
Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Barbertapp”, “Sığortam” və “Sheki Tour” komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandalara notbuk təqdim edilib.
Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.