"INNOLAND"in tərəfdaşlığı ilə keçirilən "DIGITAL STARTUP AWARDS" Özbəkistan beynəlxalq müsabiqəsinə qeydiyyat başlayıb!
"Digital Startup Awards" Orta Asiya, Qafqaz və Monqolustan regionlarında innovasiya və startap ekosistemlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən beynəlxalq müsabiqə və inkişaf proqramıdır.
Azərbaycanlı startaplar üçün 3 möhtəşəm istiqamət üzrə iştirak imkanı var:
Ən yaxşı startap layihəsi - Seed / Series A mərhələsində olan, rəsmi qeydiyyatdan keçmiş startaplar müraciət edə bilər.
Akselerasiya proqramı - Ən azı 3 aylıq satışı olan startaplar müraciət edə bilər. Sentyabr-dekabr aylarında xərcləri qarşılanmaq şərti ilə minimum 1 nəfərin iştirakı vacibdir
İnkubasiya proqramı - MVP və ya işlək prototipə malik startaplar müraciət edə bilər. Rəsmi qeydiyyat tələb olunur.
Qaliblər böyük imkanlar və qlobal səviyyədə tanınma imkanı əldə edəcək!
Ətraflı və qeydiyyat:startupbase.uz/en/digital-startup-awards
Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər
Safavy, Taskilled və Eduaz startaplarımız Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş forumda iştirak ediblər.
28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib.
Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.
Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.
Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.
Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.
Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.
Sonda iştirakçılara sertifikat təqdim edilib.