28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib.
Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.
Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.
Hər il müxtəlif ölkələrdə keçirilən "Techcrunch Disrupt" tədbiri bu il 11-12 dekabr tarixlərində Berlində baş tutacaq. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "SUP" Akseleratorunun təşkilatçılığı ilə "Disrupt Berlin 2019"da ilk dəfə Azərbaycan pavilyonu sərgilənəcək.
"Techcrunch Disrupt" dünyanın bir çox ölkələrindən startap ekosistemini bir araya gətirən beynəlxalq miqyaslı tədbirdir.
İştirak edəcək startapçıların Berlində 2 günlük qalma, "Disrupt Berlin 2019"a pulsuz bilet və tədbirdə öz startaplarını təqdim etmək üçün stend yeri "INNOLAND" İnkubasiya və Akselerasiya tərəfindən təmin olunacaq.
Tədbirdə iştirak etmək üçün qeydiyyat linki: http://www.sup.vc/techcrunch/
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 11 startapdan 5-i yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “PayLink”, “OnePoint”, “Fintrack”, “Dama-Dama” və “Bankoff” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəvəti ilə regionun ən tanınmış sahibkarlarından biri, “Yemeksepeti.com”un qurucusu və keçmiş icraçı direktoru Nevzat Aydın ilə onlayn görüş keçirilib.
Görüşdə “INNOLAND” rezidentləri “Tada!” və “Enverson” startapları layihələrini təqdim ediblər. Müzakirələrdə əməkdaşlıq və investisiya imkanları dəyərləndirilib, növbəti mərhələdə əlaqələrin davam etdirilməsi planlaşdırılır.