22 May, 2025

“Yaşıl və rəqəmsal ipək yolu” beynəlxalq akselerasiya proqramına startapların qeydiyyatı davam edir

"INNOLAND"in də əməkdaşlığı ilə "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi “Startup School 3” layihəsi çərçivəsində təşkil olunan “Yaşıl və rəqəmsal ipək yolu” beynəlxalq akselerasiya proqramına startapların qeydiyyatı davam edir.

“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq sürətləndirilməsi proqramı çərçivəsində Mərkəzi Asiyadan və Qədim İpək Yolu üzərində yerləşən ölkələrdən startap layihələri üçün müraciətlər qəbul edilir. Akselerasiya proqramı qabaqcıl təcrübələrdən istifadə edir və ABŞ, Cənubi Koreya, Çin, Almaniya, Türkiyə, Azərbaycan və digər ölkələrdən mütəxəssisləri cəlb edir. Akselerasiya proqramının prioritetlərinə yaşıl və rəqəmsal həllər daxildir.

Son qeydiyyat tarixi: 1 avqust 2025

Qeydiyyat linki: https://forms.gle/YwzgE1aXizJ6Km2e9

Ətraflı: https://ereforms.gov.az/az/1420

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Dövlət Agentliyinin sədri inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri ilə görüşüb

17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində  “İnnovasiya ekosistemi toplantısı”  keçirilib.
 
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin innovasiyalar sahəsində aktiv fəaliyyət göstərən 11 müxtəlif inkubasiya və akselerasiya mərkəzinin rəhbərləri iştirak ediblər.
 
Dövlət Agentliyinin sədri  innovasiyalar sahəsində ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyatı qurumlar tərəfindən əhəmiyyətli işlərin görüldüyünü bildirib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq dövlət xidmətləri, rəqəmsal hökumət və sosial sahədə bir sıra innovasiyalar tətbiq edilib. Bildirilib ki, ölkə rəhbərliyinin iştirakı ilə açılışı həyata keçirilən “INNOLAND” Mərkəzində bu günə kimi formalaşdırılan imkanlardan bütün ekosistem oyunçuları bərabər şəkildə istifadə edə bilərlər.
 
Görüşdə ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, əlverişli qanunvericilik və maliyyələşmə mexanizimlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Ekosistem oyunçuları innovativ texnologiyalar sahəsində mümkün perspektivləri və yeni çağırışları da müzakirə ediblər. Onlar bu cür formatda görüşlərin keçirilməsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini  vurğulayıblar.  
 
Həmçinin gələcək planlar və əməkdaşlıqlar barədə danışılıb, bir sıra qərarlar qəbul olunub.

Ətraflı oxu
innoland news image

“Slack platformasında quruculuq” adlı onlayn tədbir keçiriləcək

20 aprel 2021-ci il, Bakı vaxtilə saat 20:00-da “Slack platformasında quruculuq” mövzusunda onlayn tədbir keçiriləcək.

Baş tutacaq tədbirdə “Slack”in developerlər üçün yaratdığı geniş imkanlardan danışılacaq.
 
Sözügedən tədbirin spikeri “Slack”in Developerlər şöbəsinin müdiri Colm Doyle, moderatoru isə Azərbaycanda 50-dən çox startapın inkişafına dəstək olan, texnoloji və innovativ yeniliklər haqqında bloqların müəllifi, “Slack”-in yerli təmsilçisi Tariyel Ağazadə olacaq.
 
İştirakçılar adıçəkilən platformada rahat şəkildə funksional mobil tətbiq yaratmağın üsullarını öyrənə, eyni zamanda “Slack”in digər faydalı özəllikləri haqqında məlumat əldə edə biləcəklər.

Bu tədbirdə iştirak ödənişsiz, iştirakçı sayı isə limitsizdir. Hər kəs Slack və Facebook platformalarından canlı izləyə bilər. Qeyd edək ki, tədbir ingilis dilində keçiriləcək.

Ətraflı məlumat: https://slackcommunity.com/baku/

Qeydiyyat: https://bit.ly/2R7ybtP

Ətraflı oxu
innoland news image

Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

“StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.

Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Ətraflı: https://startapfest.az/

Ətraflı oxu