Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də tərəfdaş olduğu "Global Hack" hakatonu başa çatıb.
Covid -19 pandemiyası qarşısında təcili olaraq lazım olan həllər üçün fikir mübadiləsi və onları sürətli şəkildə inkişaf etdirmək, habelə post-pandemiya dövründə davamlılıq yaratmaq üçün hazırlanmış onlayn hakatonda 100-dən çox ölkədən 12000-dən çox iştirakçı 500-dən çox həyati əhamiyyətli layihə təqdim edib. Azərbaycandan iştirak etmiş 3 mentor tədbir ərzində iştirakçıların suallarını cavablandırıb.
13 mart tarixində Estoniyada başlayan və bütün dünyanın diqqətini cəlb edən hakatonun keçirilməsində əsas məqsəd dünya səviyyəli mentorları və istedadlı komandaları bir araya gətirərək daha yaxşı bir gələcək üçün həll yolları yaratmaq olub.
Qaliblər ümumulikdə 195.000 avro məbləğində mükafatlandırılıblar.
Mükafatlandırılmış layihələr:
Ətraf mühit üzrə
SunCrafter
Material Mapper
BD Waste Recovery Platform
İncəsənət və Yaradıcılıq, Media və Əyləncə üzrə:
İsonation
Fingertrips
Mingle Video
Böhranın idarə olunması üzrə:
Autonomous UV Disinfectant Robot
PAVAN
Killing Super Bugs
İqtisadiyyat üzrə:
Vendito
Crisis Budget
EasySnap
Təhsil üzrə:
InsideScoop
Outside
European Device Donation Network
Həmrəylik və fəaliyyətin gücləndirilməsi üzrə:
BookingLive
StaySafe
VIRUS+
Hökumət həlləri üzrə:
Pandemia
Cautio
LookOut
Sağlamlıq və səhiyyə üzrə:
Filtertex
AI powered Digital Hospital & Coronavirus Laboratory
COVID-19 early detection with HRV app
İş mühiti:
Serw
Friends for Work
#ClansOfCause
Ruhi Sağlamlıq:
TRANS-LATE
Asha
Act On Crisis
“IV Aqrar Startaplar və İnnovasiya Forumu” çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi də stendlə təmsil olunaraq iştirakçılara mərkəzin fəaliyyəti, startaplara təqdim olunan dəstək mexanizmləri və innovasiya yönümlü proqramlar barədə ətraflı məlumat təqdim edib.
Forum çərçivəsində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov sərgi zonası ilə tanış olub, aqrar və digər sahələr üzrə fəaliyyət göstərən startapların innovativ layihələri, tətbiq etdikləri texnologiyalar və təqdim etdikləri həllərlə yaxından maraqlanıb. O, startap nümayəndələri ilə görüşərək onların fəaliyyəti, inkişaf mərhələləri və gələcək planları barədə məlumat alıb, innovativ təşəbbüslərin inkişafının və ekosistemə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
Forum zamanı aqrar və digər klasterlər üzrə fəaliyyət göstərən startaplara göstərilən inkubasiya, akselerasiya, mentorluq və ekosistemə inteqrasiya xidmətləri ziyarətçilərə çatdırılıb, həmçinin potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları və digər innovativ texnoloji həllər barədə təqdimatlar keçirilib, müasir aqrar texnologiyaların tətbiqi və bu sahədə innovativ fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi forumun tərəfdaşlarından biri kimi prosesdə fəal iştirak edib. Mərkəzin əməkdaşları forum çərçivəsində təşkil olunan bootcamp proqramlarında mentor qismində iştirak edərək startapçılara praktiki bilik və təcrübələrini bölüşüb, müxtəlif mövzularda təlimlər keçirərək onların ideyalarının inkişafına dəstək göstəriblər.
“INNOLAND”də "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq. Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçiriləcək. Spiker qismində Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev çıxış edəcəklər.
Tədbir 27 fevral saat 19.00-da başlayacaq.
Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/127654298623758
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.