22 İyul, 2019

Şəkidəki “INNOLAND”də ilk "Hackathon"a start verildi.

Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”a start verilib. 

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək.

Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar.   

Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Sonda qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandalara notbuk təqdim ediləcək.

Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkiyə Respublikasının İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir çərçivəsində 10-dan çox ölkənin dövlət xidmətlərində innovasiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələri nümayiş etdirilib. Bununla yanaşı, süni intellekt agentlərinin dövlət xidmətlərinin göstərilməsi prosesində istifadəsi, vətəndaş müraciətlərinin operativ cavablandırılmasına və xidmətlərin səmərəliliyinin artırılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Konfransda Asan Xidmət təcrübəsi, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi, süni intellektdən istifadə, xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə iştirakçı ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər məlumatlandırılıblar.
Ətraflı oxu
innoland news image

“KutForge Studios”un həmtəsisçisi Əsəd Həsənov tərəfindən "Uğurlu Oyun Dizaynının Sirləri: İdeyadan Mexanikaya" mövzusunda seminar keçirilib

“NecroLearn” oyun inkubasiya proqramı çərçivəsində “KutForge Studios”un həmtəsisçisi Əsəd Həsənov tərəfindən "Uğurlu Oyun Dizaynının Sirləri: İdeyadan Mexanikaya" mövzusunda seminar keçirilib.
 
Seminarda oyun ideyalarının necə formalaşdırılması, maraqlı oyun mexanikalarının qurulması, səviyyə dizaynı və oyunçunun diqqətini cəlb edən düzgün qərarların verilməsi ilə bağlı real təcrübələrini bölüşüb.
Ətraflı oxu
innoland news image

"INNOLAND"də kibertəhlükəsizlik mövzusunda görüş keçirilib

Kibertəhlükəsizlik həftəsi çərçivəsində kiber startapların təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Kibertech startapçıları və kibertəhlükəsizlik üzrə ekspertlər ilə görüş keçirilib.

Görüş zamanı spiker qismində çıxış edən Guy Zbarsky, Toğrul Səmədov və Rəşad Əliyev kiber startapların qurulması və kibertəhlükəsizlik tədbirlərinin düzgün şəkildə həyata keçirilməsi haqqında ətraflı məlumat veriblər.

Ətraflı oxu