Rezident startapımız beynəlxalq uğura imza atıb!
INNOLAND-in rezidenti olan "Tada!" Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilən "Star Venture" proqramına seçilib.
"Star Venture" yüksək inkişaf potensialına malik startaplar üçün nəzərdə tutulmuş qlobal proqramdır. Proqram çərçivəsində seçilən startaplara 18 ay müddətində
beynəlxalq mentorluq
strateji inkişaf məsləhətləri
investorlarla əlaqə imkanları təqdim olunacaq.
Bu uğur münasibətilə "Tada!" komandasını təbrik edir, uğurlar arzulayırıq!
"Yaşıl Dünyanı Yarat! - ASAN İnnovativ Həllər Hakatonu 3" layihəsinə start verilib.
Layihənin ilk günündə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən "İdeya generasiyası" mövzusunda təlim baş tutub.
Sonda iştirakçılar komanda şəkilində öz ideyaları ilə bağlı müzakirələr edib.
Hakaton "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.
10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.
Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin Big Data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.