V “TUSİ” inkubasiya proqramı Dövlət Gömrük Komitəsinin Akademiyasında
Keçirilən infosessiyada tələbələrə inkubasiya proqramının təqdimatı edilib, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqram çərçivəsində təqdim olunan imkanlar barədə məlumat verilib. Görüş zamanı iştirakçıların sualları da cavablandırılıb.
Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin: https://gub.icenter.az/home
Proqram çərçivəsində iştirakçılar: Startap ideyasını inkişaf etdirmək üçün praktiki biliklər əldə edəcək, sahə üzrə mütəxəssislərin təlim və mentor dəstəyindən yararlanacaq, layihələrini məhsul və ya xidmətə çevirmək istiqamətində istiqamət alacaq, startap ekosistemində yeni əlaqələr və əməkdaşlıq imkanları qazanacaqlar, innovativ ideyalarınızı reallaşdırmaq və startap dünyasına ilk addımı atmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun!
“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı
2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.
Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.
“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.
Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.
Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?
Bəs nə deməkdir akselerasiya? Akselerasiya — ideyasını artıq sınamış və böyüməyə hazır olan startapların sürət qazanma mərhələsidir.
Bu mərhələdə komandalar:
investorlarla tanış olur
bazar strategiyalarını gücləndirir
satış və marketinq planlarını təkmilləşdirir
mentor dəstəyi ilə daha real hədəflərə fokuslanır
Sadə desək, akselerasiya startapın “başlamaq” deyil, “böyümək” üçün hazırlaşdığı andır. Sizcə, bir startap üçün bu mərhələdə ən önəmli amil hansıdır — mentorluq, bazar strategiyası, yoxsa investor dəstəyi?
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Gürcüstanda keçirilən "Tech Summit"də iştirak edib.
Tədbirdə "INNOLAND"in direktoru Məmməd Kərimov münsif və spiker qismində çıxış edib. "Tech Summit" 2019-un qalibi olan startaplar "StartupFest"-ə bilet və "INNOLAND"də 3 aylıq Akselerasiya proqramını keçmək şansı əldə ediblər.