14 Sentyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Burada ASAN Süni İntellekt Mərkəzi də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, INNOLAND Incubation & Acceleration Center, həmçinin ASAN Xidmətin “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.
ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.
“ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.
“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.
 
Ətraflı: https://president.az/az/articles/view/73495
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində

V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində 

Keçirilən infosessiya zamanı tələbələrə startap ideyasının inkişaf mərhələləri, güclü komandanın qurulması və innovasiya ekosistemində iştirak imkanları haqqında məlumat verildi. 

Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:  https://gub.icenter.az/home

Proqram sizə nə qazandıracaq?

Yeni bilik və praktiki bacarıqlar əldə etmək imkanı

Təlimlər və mentor dəstəyi

Startap ideyanı inkişaf etdirmək və həyata keçirmək şansı

Şəbəkələşmə və yeni əməkdaşlıqlar qurmaq imkanı

Gələcəyin innovativ ideyalarını reallaşdırmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun! 

Ətraflı oxu
innoland news image

Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin nümayəndə heyəti qonağımız olub

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olub. 

Qonaqlar, həmçinin, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” Mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.

2 gün davam edən görüşdə qonaqlara startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib, həmçinin bu istiqamətdə bilik və qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.

Ətraflı oxu
innoland news image

"Global Game Jam" tədbirinə start verilib

Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.

"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.

Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.

Ətraflı oxu