28 Aprel, 2026

“Be Investor” proqramına start verildi!

“Be Investor” proqramına start verildi!
 
INNOLAND və Türkiyənin "BE Advise" konsaltinq şirkəti tərəfindən təşkil olunan proqramın ilk təlimi uğurla baş tutdu. İştirakçılar startap ekosisteminin əsasları, investisiya axınının qurulması və startap seçimi mövzuları ilə tanış oldular. Proqramın məqsədi iştirakçılarda analitik düşüncə formalaşdırmaq və real investisiya qərarları verə bilən investor bacarıqları qazandırmaqdır. 
 
1 ay davam edəcək proqram boyunca iştirakçıları daha praktiki və dərin mövzular gözləyir.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Yay Fest 2025” “İdeyadan imzaya"

“Yay Fest 2025” çərçivəsində iştirakçılarla “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” adlı panel müzakirə baş tutub. Müzakirədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev çıxış edib.

Panel çərçivəsində iştirakçılara startap quruculuğu, uğurlu ideyaların formalaşması, bu prosesdə süni zəka alətlərinin rolu ilə bağlı geniş məlumat verilib. Panel gənclərin iştirakı ilə interaktiv müzakirə ilə davam edib.

Ətraflı oxu
innoland news image

“Karabakh GreenTech” hakatonu başa çatıb

"İnnovasiyalar Mərkəzi" və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsi çərçivəsində keçirilən “Karabakh GreenTech” hakatonu başa çatıb.

Layihənin əsas məqsədi gəncləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə əsasən həyata keçirilən tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi və digər mövzular ətrafında maarifləndirməkdir.

"Karabakh GreenTech" hakatonunun ilk mərhələsində 14 komanda öz ideyalarını təqdim edib. Bu ideyalar arasında yaşıl texnologiyalar, aqrar texnologiyalar, alternativ enerji mənbələrinin səmərəliliyinin artırılması və minaların təmizlənməsi üçün texnoloji həllər kimi sahələr yer alıb.

İlk mərhələdən uğurla keçən 8 komanda 24 saat ərzində ASAN İnnovativ İnkişaf Mərkəzində kiçik canlı məhsullarını (MVP) hazırlayıblar və yekun mərhələdə 6 komanda iştirak edib. Onlar arasından 3 komanda qalib seçilib. Seçilən komandalara hədiyyə və diplomlar təqdim edilib və "COP29" da iştirak etmə fürsəti qazanıblar. Qaliblərə "COP29" konfransınadək biznes inkişafı üçün mentorluq və kovörkinq istiqamətində dəstək göstəriləcək.

Ətraflı oxu
innoland news image

V “TUSİ” inkubasiya proqramı Milli Aviasiya Akademiyasında

 V “TUSİ” inkubasiya proqramı Milli Aviasiya Akademiyasında 

İnfosessiya zamanı tələbələrə ideyanı formalaşdırmaq, komanda qurmaq və startap ekosisteminə inteqrasiya olmaq yollarını ətraflı izah etdik. 

Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin: ➡️ https://gub.icenter.az/home 

Nə qazanacaqsınız?

Yeni bacarıqlar və praktiki təcrübə 

Bir-birindən maraqlı təlimlər və mentor dəstəyi 

Startap ideyanı reallığa çevirmək imkanı

Şəbəkələşmə imkanları

Gələcəyinizi öz əllərinizlə qurmaq istəyirsinizsə, bizə qoşulun!

Ətraflı oxu