2 Mart, 2025

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” 2-ci “RoboCode” düşərgəsini reallaşdırır

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” 2-ci “RoboCode” düşərgəsini reallaşdırır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsinə start verilib.

Bir ay davam edəcək düşərgənin onlayn formatda keçirilən açılış tədbirində “İnnovasiyalar Mərkəzi”nin "INNOLAND" şöbəsinin müdiri Nicat Əmiraslanov, “Bilişim Vadisi”nin ekosistemin inkişafı üzrə baş mütəxəssisi Senanur Tellioğlu, ekosistem inkişafı eksperti Yiğithan Manqır, startap mentoru Serhat Duyar, “SAHA Robotics” şirkətinin robototexnika üzrə proqram təminatı mühəndisi Baha Dursun və digər qonaqlar iştirak ediblər.

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Düşərgədə 321 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 75 nəfər iştirakçı müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcək, yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyeralarını genişləndirmək imkanı qazanacaqlar.

1-ci “RoboCode” robotik kodlama düşərgəsi 2024-cü ildə keçirilib.Düşərgə müddətində qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib. Formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.

Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq Memorandumuna əsasən təşkil olunub. Memorandumun məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanmasıdır.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub

INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Neecro Project” studiyasının təşkilatçılığı ilə keçirilən “NeecroLearn” oyun inkubasiyası və intensiv təlim proqramının açılış tədbiri baş tutub. Tədbirin ilk hissəsində iştirakçıların bir-biri ilə tanışlığı və ünsiyyət qurması məqsədilə netvörkinq sessiyası təşkil olunub. İkinci hissədə proqramın ümumi gedişatı, mərhələləri və iştirakçılardan gözləntilər barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Unity” və “Blender” vasitəsilə oyun və interaktiv layihələrin hazırlanmasını öyrənəcəklər. İştirakçılar eyni zamanda yerli və beynəlxalq mentorlarla görüşlərdə iştirak edəcək, komanda şəklində real layihələr üzərində çalışaraq praktiki təcrübə qazanacaqlar. 6 ay davam edəcək “NeecroLearn” proqramının məqsədi gənclərin oyun və rəqəmsal məhsullar sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək və bu sahədə yeni layihələrin yaranmasına dəstək verməkdir.

Ətraflı oxu
innoland news image

"Yaşıl Dünyanı Yarat! - ASAN İnnovativ Həllər Hakatonu 3" layihəsinə start verilib.

"Yaşıl Dünyanı Yarat! - ASAN İnnovativ Həllər Hakatonu 3" layihəsinə start verilib.

Layihənin ilk günündə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən "İdeya generasiyası" mövzusunda təlim baş tutub.

Sonda iştirakçılar komanda şəkilində öz ideyaları ilə bağlı müzakirələr edib.

Hakaton "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

Ətraflı oxu
innoland news image

“Gələcək üçün bacarıqlar” layihəmizin V “TUSİ” İnkubasiya proqramı çərçivəsində “Sahibkarlıq və sənaye tərəfdaşlığı” mövzusunda təlim keçirilib

“Gələcək üçün bacarıqlar” layihəmizin V “TUSİ” İnkubasiya proqramı çərçivəsində “Sahibkarlıq və sənaye tərəfdaşlığı” mövzusunda təlim keçirilib.
 
“Özbahçeci İnvest Club”un İdarə Heyətinin sədri Turan Özbahçeci və klubun CEO-su Doğan Tomris tərəfindən keçirilən təlimdə iştirakçılar:
sənaye müəssisələri ilə düzgün əlaqələrin qurulması
effektiv tərəfdaşlıq modellərinin yaradılması
sahibkarlıq ekosistemində güclü sinerjinin formalaşdırılması istiqamətində praktiki yanaşmaları öyrəniblər.
 
Bu görüş iştirakçılar üçün maraqlı müzakirələrə, faydalı fikir mübadiləsinə və yeni perspektivlərin formalaşmasına şərait yaratdı.
Ətraflı oxu