31 iyul - 2 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti və "SUP VC" şirkətinin təşkilatçılığı ilə "EduHack Baku" hakatonu baş tutacaq.
Onlayn şəkildə keçiriləcək hakatonun hədəf kütləsi innovativ düşüncəli universitet tələbələri, məzunlar və təhsil sahəsində çalışanlardır. Hakatonun əsas məqsədi distant təhsil sahəsinə yeni həllərin gətirilməsidir.
İştirakçılar hakaton zamanı innovativ yollardan istifadə edərək distant təhsildəki problemləri həll etmək üçün 3 gün boyunca öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Qalibləri ümumilikdə 6 min manatlq mükafat gözləyir.
📮Qeydiyyat: https://bit.ly/2ZnmqRF
✅Son qeydiyyat tarixi: 29 iyul
Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər
Safavy, Taskilled və Eduaz startaplarımız Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş forumda iştirak ediblər.
Tərəfdaşı olduğumuz "Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları forumu" çərçivəsində keçirilən "Qarabağ Greentech" hakatonunun iştirakçılarına "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən təlim keçirildi.
Təlimdə iştirakçılara:
İdeya generasiyası
Startap ekosistemi - ənənəvi biznesdən fərqlər
Təqdimat bacarıqları - Nə? Harada? Nə zaman? mövzularında məlumatlar verildi.
"ADA Məktəbi"nin 10-cu sinif şagirdləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.
Görüş çərçivəsində iştirakçılara startap ekosistemi, innovativ layihələrin hazırlanması, təşəbbüskarlıq bacarıqları və karyera imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda, mərkəzin fəaliyyəti, inkubasiya və akselerasiya proqramlarının mərhələləri təqdim olunub. İnteraktiv formatda keçirilən infosessiya zamanı şagirdlər real layihələrlə və ideya inkişafı prosesi ilə tanış olub, mentorlarla fikir mübadiləsi aparıblar. İştirakçıların sualları cavablandırılıb, texnologiya, innovasiya və biznes istiqamətində mövcud imkanlar izah edilib.