Kibertəhlükəsizlik həftəsi çərçivəsində kiber startapların təşviqi məqsədi ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Kibertech startapçıları və kibertəhlükəsizlik üzrə ekspertlər ilə görüş keçiriləcək.
3 mart saat 16:00-da baş tutacaq görüşdə spiker qismində Guy Zbarsky, Toğrul Səmədov, Rəşad Əliyev və Rauf Quliyev çıxış edəcək.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V Gənclər Düşərgəsində iştirakçılar üçün “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılara innovasiya ekosisteminin formalaşması, yaradıcı düşüncənin və problemlərin həllində innovativ yanaşmaların əhəmiyyəti, həmçinin süni intellekt texnologiyalarının gündəlik həyata, təhsilə və əmək bazarına təsiri barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar arasında qrup işləri təşkil olunub. Komandalar şəklində çalışan iştirakçılar müxtəlif tapşırıqlar üzərində işləyərək innovativ ideyalar hazırlayıb və təqdim ediblər.
"Ön toxum və toxum mərhələsi üzrə investisiyaya hazırlıq" proqramına qeydiyyat başladı.
Proqramın məqsədi artıq məhsulu və ilk ödənişli müştəriləri olan startapları qısa müddətdə investisiyaya hazır vəziyyətə gətirmək və seçilmiş VC-lərlə birbaşa əlaqələndirməkdir. Proses fərdi mentorluq, dərin analitik yanaşma və AnalyzeWare platforması dəstəyi ilə həyata keçiriləcək. Seçiləcək cəmi 5 startap proqram çərçivəsində 2-4 həftə ərzində investisiya dəyərləndirməsi, maliyyə yanaşması və strategiyasını formalaşdıracaq. Xüsusi olaraq, seçilən startaplar heç bir üzvlük haqqı ödəmədən iştirak edəcək və AnalyzeWare Strategy paketindən 12 ay tam pulsuz istifadə hüququ qazanacaq.
Son müraciət tarixi: 14.02.2026,
Qeydiyyat linki: https://forms.gle/BQBJ9fuxJoMU8TSr7