2 Fevral, 2020

Şamaxıda keçiriləcək "Hackathon"a seçim turları başladı

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda baş tutacaq “Hackathon”a seçim turları başladı. Seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 11-12 fevral tarixlərində Şamaxı "ASAN xidmət" mərkəzində yerləşən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcək. 

Tədbirin ilk günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Tədbirin ümumi planı:

1ci gün: Ümumi təlim

●         Startap nədir?

●         Startap ideyasını necə formalaşdırmaq olar?

●         Bazar araşdırması

●         Startapın yaratdığı dəyər

●         Biznes model strukturu: biznes modeli, biznes plan

●         “Lean” metodologiyası

●         Təqdimat

 

2-ci gün: “Hackathon” və spikerlərin çıxışı

●         “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.

●         “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.

●         Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.

●         Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.

Sonda qalib komandalar Şamaxı "ASAN xidmət" mərkəzində yerləşən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar! 

Qeydiyyat forumu:  https://forms.gle/bngsmDfy89AWkTd68

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in rezidenti "E-legal" startapı uğurla "exit" edib!

"INNOLAND"in rezidenti "E-legal" startapı uğurla "exit" edib! 

Azərbaycanın hüquq texnologiyaları sahəsində öz yanaşması ilə seçilən və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmuş "E-Legal" startapı ABŞ-da uğurla exit edib! 

Təsisçisi Səmayə Həbibova olan "E-Legal" startapı hüquqi xidmətləri rəqəmsallaşdıraraq istifadəçilərə müqavilə hazırlığı, hüquqi sənədlərin avtomatlaşdırılması və onlayn məsləhət kimi imkanlar təqdim edir. 2023-cü ildə "E‑legal" ilə "ASAN xidmət" arasında 10 illik müqavilə imzalanıb. Bu anlaşma çərçivəsində ölkə üzrə 29 "ASAN xidmət" mərkəzində rəqəmsal hüquqi xidmət köşklərinin quraşdırılması planlaşdırılır.

"E-legal" komandasını təbrik edir və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq!

Ətraflı oxu
innoland news image

"INNOLAND"in startapı olan "Enverson AI" yeni uğura imza atdı!

 "INNOLAND"in startapı olan "Enverson AI" yeni uğura imza atdı!

Startapımız beynəlxalq "Go-Together" Akselerasiya Proqramına qoşuldu. Bu proqram çərçivəsində "Enverson AI" komandasını yeni təcrübələr, əməkdaşlıq imkanları və qlobal təsir gözləyir.

Qeyd edək ki, "Enverson AI" süni intellektlə dəstəklənmiş fərdiləşdirilmiş dil öyrənmə təcrübəsi təqdim edir. Məqsədi dili öyrənməyi həm əyləncəli, həm də əlçatan etməkdir.

Onları ürəkdən təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq!

Ətraflı oxu
innoland news image

INNOLAND-in rezident startapları Web Summit 2025-də fərqləndi

"ASAN xidmət"in "INNOLAND" mərkəzi Web Summit 2025-də

10-13 noyabr 2025-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində keçirilən “Web Summit 2025”də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri "Tada!" və "Enverson" startapları ölkəmizi təmsil ediblər.

Tədbir çərçivəsində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov INNOLAND-in fəaliyyəti, ekosistemə verdiyi töhfələr və rezident startapların layihələri barədə iştirakçılara məlumat verib.

Ətraflı oxu