Startapçılara ilkin mərhələdə layihənin formalaşması və inkişaf etdirilməsi üçün ən yaxşı təcrübələr tətbiq edilməklə dəstək göstərilir.
10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.
Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin Big Data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) və “Yeni Fikir” MMC arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan (və ya digər) texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
Sənəddə texnologiya sahibkarlığının formalaşması və inkişafı ilə yanaşı, biznes təşəbbüskarlığının gücləndirilməsi ilə bağlı əməkdaşlıq məsələləri də öz əksini tapır. Belə ki, anlaşma memorandumun istiqamətlərində ölkəmizdə innovasiya ekosisteminin, eləcə də biznes təşəbbüskarlığının qurulması və inkişafına hesablanmış məqamlar öz əksini tapır.
Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) ölkəmizdə və regionda innovasiya ekosisteminin qurulması, eləcə də texnologiya sahibkarlığının (startapların) inkişaf etirilməsi üçün, fəaliyyət strategiyasına uyğun olaraq, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu cür təşkilatlardan biri kimi "Yeni Fikir" MMC Azərbaycanda intellektual xidmət sektorunda fəaliyyət göstərən, həmçinin startap mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olan şirkətlərdəndir. Belə ki, bu il altıncı dəfə baş tutan "Yeni Fikir" startap müsabiqəsi "Yeni Fikir" MMC tərəfindən, Bakı Mühəndislik Universitetinin təşkilati, BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. "Yeni Fikir"şirkəti eyni adlı startap müsabiqəsinin təşkilində “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) ilə əməkdaşlıq edir. Müsabiqədə qalib gələcək 5 startap layihəsinin inkişafı da İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində dəstəklənəcək.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.
Həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Uvodo-nun əsas məqsədi e-ticarət tərtibatçıları üçün özünəməxsus, müstəqil platforma formalaşdırmaqdır. Uvodo - rəqəmsal agentliklər və frilanserlərin sürətini artırmaq üçün elektron ticarət qurma mühərrikidir.
https://uvodo.com/Müştəri məlumatlarının təhlili əsasında əlavə funksiyalar təmin edən maliyyə sahəsində onlayn platforma
https://onepoint.azMüştərilərlə istənilən yerdə əlaqə qurmaq üçün yaradılan "business messenger"
https://getwhelp.com/İntensiv Akselerasiya proqramı startaplara Azərbaycanda inkişaf etməyə və beynəlxalq bazarlara daxil olmağa kömək edir. "INNOLAND" Akselerasiya proqramı müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir.
Hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar verilir və bu onları hədəflərinə nail olmağa daha da yaxınlaşdırır.
Akselerasiya proqramı "Demo Day" ilə başa çatır. Məzun olmuş komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edirlər.