8 İyul, 2026

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub.

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub. İnfo tur çərçivəsində "ADA School"un 7, 8 və 9-cu sinif şagirdləri əvvəlcə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində startap ekosistemi, innovativ layihələr və rezident startapların fəaliyyəti haqqında məlumat əldə edərək real innovasiya mühitini yaxından müşahidə ediblər. Daha sonra "Bilim Bakı" mərkəzinin fəaliyyət istiqamətləri, laboratoriyaları və texnoloji imkanları ilə tanış olublar. Proqramın sonunda isə "Neecro Projects" oyun studiyasının təsisçisi Şamil Namazov tərəfindən "Oyun hazırlama" mövzusunda keçirilən təlimdə şagirdlərə "game development" sahəsinin imkanları və bu istiqamətdə ilk addımlar haqqında praktiki biliklər təqdim olunub.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Milyon dollarlıq satış: Amazon vs E-ticarət saytı” mövzusunda müzakirələr aparılıb

“Milyon dollarlıq satış: Amazon vs E-ticarət saytı” mövzusunda müzakirələr aparılıb

“StartupFest 2019” çərçivəsində keçirilən “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirində “Milyon dollarlıq satış: Amazon vs E-ticarət saytı” adlı panel sessiya təşkil olunub.

Bu paneldə e-ticarət, e-ticarət saytları arasındakı rəqabət və onların qlobal bazarda uğur qazanması mövzusunda zəruri olan elementlər əhatə olunub.

Sessiyada “Moughe Gourmet”in İcraçı direktoru Müge Ergüleç, “World E-Commerce Forum”un Təlim-Tədris mərkəzinin rəhbəri Orxan İsayev, “Sefa Merve”nin İcraçı direktoru Mehmet Metin Okur çıxış ediblər.

Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.

Ətraflı oxu
innoland news image

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) “Enactus” komandaları ilə görüş keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) “Enactus” komandaları ilə görüş keçirilib.
Görüş zamanı, layihənin V “TUSİ” İnkubasiya Proqramının iştirakçıları da daxil olmaqla, startap komandalarının layihələri təqdim olunub və layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Gənclərin ideyaları dinlənilib, müzakirə olunub və onların inkişafı ilə bağlı faydalı tövsiyə və məsləhətlər verilib.
İdeyaların uğurlu layihələrə çevrilməsi üçün dəstək, mentorluq və düzgün istiqamətləndirmə fəaliyyətimizi davam etdiririk.
Ətraflı oxu
innoland news image

“Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub

Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub. İnfosessiyada tələbələr yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə məlumatlandırılıb, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, proqram ADB Azerbaijan, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.

Ətraflı oxu