"Gələcək üçün bacarıqlar" layihəmizin V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.
Təlim zamanı iştirakçılar ideyaların hüquqi qorunması, əqli mülkiyyət hüquqları, patentləşdirmə prosesi və innovativ məhsulların qorunma mexanizmləri barədə ətraflı məlumat əldə etdilər.
“NeecroLearn” proqramında mentor görüşlərinə start verildi!
Proqram çərçivəsində iştirakçı komandaların layihələrinin inkişafına dəstək olmaq məqsədilə nəzərdə tutulan ilk mentor görüşü baş tutub. Qonağımız Türkiyənin Yaşar Universitetinin Dizayn və Araşdırma Mərkəzinin rəhbəri, professor Can Güvenir olub. Görüş zamanı “Delete It!”, “The Defender” və “Mysterious” komandaları ilə layihələrin inkişafı, ideyaların təkmilləşdirilməsi və növbəti mərhələlərə dair müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi İnkubasiya proqramı elan edir.
İnkubasiya proqramı erkən inkişaf mərhələsində olan startapları dəstəkləyir. Əsas məqsəd ideya mərhələsində olan startapları prototip (MVP) hazırlamaq səviyyəsinə çatdırmaqdır. Proqram 3 ay davam edir. "INNOLAND" İnkubasiya proqramına mentorluq dəstəyi, əlaqələrin qurulması və ofis təminatı daxildir.
İnkubasiya proqramına qatılmaq üçün son qeydiyyat tarixi: 15 iyun 2020
Qeydiyyat formu: https://forms.gle/sFDUJZoFNmESw5Wv7
1-3 may tarixlərində Azərbaycan Texniki Universiteti, Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsi keçirilib.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən komandalardan "Corowarner", "AztuComan", "RFID" və "Academy Azerbaijan" komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Qalib komandalar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti əldə ediblər.
Həmçinin pul mükafatı və müxtəlif hədiyyələrlə mükafatlanıblar.