4 Fevral, 2026

INNOLAND rezidenti “KidFi” Web Summit Qatar 2026-da Azərbaycanı təmsil edib.

INNOLAND rezidenti “KidFi” Web Summit Qatar 2026-da Azərbaycanı təmsil edib.
Rezidentimiz "KidFi" 1–4 fevral tarixlərində Doha şəhərində keçirilən Web Summit Qatar 2026 beynəlxalq texnologiya tədbirində iştirak edərək Azərbaycanı uğurla təmsil edib.
“KidFi” qlobal səhnədə nələri təqdim edib?
* EdTech və FinTech istiqamətində innovativ həllərini,
* 240-dan çox videodan ibarət maliyyə savadlılığı platformasını,
* Uşaqlar üçün nəzərdə tutulmuş müasir və interaktiv öyrənmə modelini nümayiş etdirib.
Web Summit Qatar 2026 “KidFi” üçün beynəlxalq tanıtımın gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal ekosistemə inteqrasiya baxımından mühüm platforma olub.
Qeyd edək ki, tədbir 30 000-dən çox iştirakçını, 1 600-dən artıq startapı və yüzlərlə investor və sənaye liderini bir araya gətirib.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“Taskool” və “Main Team Organization” arasında əməkdaşlıq memorandumu imzalanıb

“Taskool” və “Main Team Organization” arasında əməkdaşlıq memorandumu imzalanıb
 
INNOLAND rezidenti “Taskool” və ABŞ-da fəaliyyət göstərən “Main Team Organization” LLC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində tərəflər “SciTech Science & Technology Olympiad” layihəsinin beynəlxalq “Grand Final” mərhələsinin hazırlanması və keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Nyu-Yorkda keçiriləcək finalın təşkilati proseslərinin koordinasiyası, tədbirin keçirilməsi və qaliblərin mükafatlandırılması da əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
“SciTech Science & Technology Olympiad” elm və texnologiyaya maraq göstərən məktəblilərə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan platformadır.
Ətraflı oxu
innoland news image

Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.

Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN Xidmətin, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Ətraflı oxu
innoland news image

"INNOLAND" İnkubasiya proqramı elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi İnkubasiya proqramı elan edir.

İnkubasiya proqramı erkən inkişaf mərhələsində olan startapları dəstəkləyir. Əsas məqsəd ideya mərhələsində olan startapları prototip (MVP) hazırlamaq səviyyəsinə çatdırmaqdır. Proqram 3 ay davam edir. "INNOLAND" İnkubasiya proqramına mentorluq dəstəyi, əlaqələrin qurulması və ofis təminatı daxildir.

İnkubasiya proqramına qatılmaq üçün son qeydiyyat tarixi: 15 iyun 2020

Qeydiyyat formu: https://forms.gle/sFDUJZoFNmESw5Wv7

Ətraflı oxu