"INNOLAND"in rezidenti "Enverson AI" Dayaq” mükafatına layiq görülüb!
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Mükafat alan startaplar sırasında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Enverson AI" da yer alıb. “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. "Enverson AI" komandasını təbrik edir və daha böyük uğurlar arzulayırıq!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP.VC" və "NEXT STEP"in birgə təşkilatçılığı ilə 3 iyul tarixində "Startap ideyamı necə tapım?" mövzusunda təlim baş tutacaq.
Təlimdə "INNOLAND"in startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev, "NEXT STEP" İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov və "SUP.VC" şirkətinin direktoru Vüsal Kərimli spiker kimi çıxış edəcəklər. Startap sahəsində dərin təcrübəyə sahib olan spikerlər öz təcrübələrini paylaşacaq və təlimə qatılanları startap dünyasına istiqamətləndirəcəklər.
Təlim onlayn şəkildə "Facebook" platformasında baş tutacaq.
"Texnoloji startapların kommersiyalaşdırılması" mövzusunda vebinarımız oldu.
Vebinarda "Bilişim Vadisi"nin startap mentoru Serhat Duyar bu mövzuda öz təcrübəsini bölüşdü.
“DIGIAGE – Bakı 2025” rəqəmsal oyun düşərgəsi davam edir!
Düşərgənin 2-ci günündə iştirakçılar müxtəlif təlimlərdə iştirak edib, həm nəzəri biliklər əldə edir, həm də artıq öz oyunlarını kodlamağa başlayıblar.
Rəqəmsal oyun sənayesinə maraq göstərən gənclər komandalar şəklində çalışaraq mentorların dəstəyi ilə layihələrini inkişaf etdirirlər.