29 Oktyabr, 2025

"Polygraf AI" 9.5 milyon dollar investisiya əldə edib! 

"Polygraf AI" 9.5 milyon dollar investisiya əldə edib! 

ABŞ-da fəaliyyət göstərən “Polygraf AI”, beynəlxalq investorların etimadını qazanaraq süni intellekt sahəsində ən uğurlu startaplardan birinə çevrilib.

Şirkət müəssisələr üçün risklərin aşkarlanması, saxtakarlıqla mübarizə və məlumatların bütövlüyünün qorunması üzrə AI əsaslı həllər təqdim edir.
Bu investisiya sayəsində “Polygraf AI” məhsul inkişafını sürətləndirəcək və qlobal bazarlarda mövqeyini daha da gücləndirəcək. 

 “Polygraf AI” komandasını səmimi qəlbdən təbrik edirik!

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"RoboCode" robotik kodlama düşərgəsinin ilk onlayn təlimi baş tutub

"RoboCode" robotik kodlama düşərgəsinin ilk onlayn təlimi baş tutub.

Təlimdə "Saha Robotics"in Robototexnika proqram təminatı mühəndisi Baha Dursun iştirakçılara robotik kodlama haqqında ilkin biliklər öyrədib.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də “NASA Space Apps Challenge” hakatonu keçiriləcək

7-8 oktyabr tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçiriləcəkdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmadır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.

Müsabiqədə iştirak üçün komandalar layihə rəhbəri və bir nəfər proqram təminatçısı da daxil olmaqla 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət olmalıdırlar.
Tələblərə cavab verən komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edəcəklər.

Yekunda orijinallığı, konseptləri,  ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər yüksək qiymətləndiriləcəkdir. Qaliblər ilk 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq 3000 AZN, 2000 AZN, 1000 AZN ilə  mükafatlandırılacaqlar.

Hakatona qoşulmaq və texniki tələblərlə tanış olmaq üçün keçid: https://www.spaceappschallenge.org/2023/locations/baku/

Ətraflı oxu
innoland news image

ASAN Xidmətin Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.
 
Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.
Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.
 
Qonaqlar INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN Radio nun fəaliyyəti ilə də yaxından tanış olublar.
Ətraflı oxu