“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin icma dəstəkçisi olduğu "Star Venture" Proqramına qeydiyyat davam edir!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən həyata keçirilən "Star Venture" Proqramı, yüksək potensiala malik Azərbaycan startaplarını beynəlxalq səviyyədə inkişaf üçün dəvət edir.
Proqram çərçivəsində seçilmiş startaplar:
EUR 50,000 dəyərində fərdi məsləhət və mentor dəstəyi,
İnvestisiya imkanlarına çıxış,
Qlobal biznes əlaqələri və şəbəkələşmə fürsəti əldə edəcəklər.
Bu günə qədər 400-dən çox startap bu proqramdan yararlanıb və 600 milyon avrodan artıq xarici investisiya cəlb etməyə nail olub.
İndi növbə Azərbaycan startaplarındadır.
Son müraciət tarixi: 22 oktyabr 2025
Qeydiyyat linki: https://airtable.com/appxQWWUtDJ6M.../pagjo5LCUl7gQ4r1c/form
Birlikdə Azərbaycan startap ekosistemini qlobal arenada tanıdaq.
V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 300-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: ➡️ https://gub.icenter.az/home
Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN Xidmətin, ABAD və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutub.
Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçirilib. "Destin AI" startapının qurucusu Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışıb.
Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. O, texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz Məmmədova 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili alıb və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.