28 İyun, 2025

"İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır"

4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

Düşərgə çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı Tofiq Sadıqzadə tərəfindən "İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır" mövzusu üzrə təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər.

Öz çəkdikləri fotoları süni zəka ilə işləyiblər. Elə həmin görüntüləri də sizinlə bölüşürük.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in 5 startapı "ITU Magnet" Akselerasiya proqramından məzun olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin "Topla.az", "Otaqyoldaşı", "QReact", "Botbox" və "Nextsale" startapları Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramından məzun olublar.

Növbəti mərhələyə keçən startaplar "Big Bang" yarışmasında iştirak edərək investisiya qazanmaq şansı əldə edəcəklər.

Ətraflı oxu
innoland news image

Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər

Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər

Safavy, Taskilled və Eduaz startaplarımız Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş forumda iştirak ediblər.

Ətraflı oxu
innoland news image

“Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda müzakirələr aparılıb

“StartupFest 2019” çərçivəsində “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiya biznes liderlərinin rəqəmsallaşma sahəsində müxtəlif baxışlarını, təcrübələrini, uğur hekayələrini və çətinlikləri əhatə edib.

Bu paneldə “Biznes üçün rəqəmsal transformasiyanin əhəmiyyəti”, “Gələcəyin biznesi Rəqəmsal transformasiya rəqabətdə üstünlüyün elementi kimi”, “Özəl təşkilatlara dövlət dəstəyi – məlumat paylaşımı, sistem inteqrasiyası” kimi mövzular müzakirə olunub.

Sessiyada “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə, “AzerTelecom” MMC-nin direktoru Fuad Allahverdiyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Taleh Tahirli, “Bank Respublika”nın İdarə heyətinin sədr müavini Elnur Həsənov, “Yandex.Money”in bölmə rəhbəri Stefan Şevçenko çıxış ediblər.

Sessiyanın moderatoru “AzerTelecom”un strategiya üzrə müşaviri Azər Bayramov olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Ətraflı oxu