14 May, 2024

Uşaqlar arasında “İTi Zəka - 2” hakatonu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Uşaq İnkişaf Platforması ilə birgə uşaqlar arasında “İTi Zəka - 2” hakatonunun seçim turlarına start verir. 


Hakaton uşaqlara öz hüquqlarının təmin edilməsi istiqamətində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif vermək imkanı yaratmaq, onlarda yaradıcı düşüncəni inkişaf etdirmək məqsədilə keçirilir.


Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı əldə edəcəklər.


Builki hakaton aşağıdakı mövzuları əhatə edəcək:


-        Sağlam həyat tərzi;


-        İntellektual inkişaf;


-        Ekologiya və uşaqlar;


-        İnformasiya təhlükəsizliyi;


-        Süni intellekt və uşaqlar;


-        Asudə vaxt və əyləncə.


Hakatonda rəqəmsal bacarıqlara sahib, informasiya texnologiyaları sahəsində müəyyən bilik və bacarıqlara (sertifikat, diplom) malik olan, innovativ düşüncəli, bu sahəyə xüsusi marağı olan və komandada  işləməyi bacaran 14-17 yaşlı uşaqlar iştirak edə bilər. Uşaqlar müsabiqəyə minimum 3, maksimum 5 nəfərlik (qız və oğlan təmsilçiliyi nəzərə alınmaqla) komandalar şəklində qeydiyyatdan keçməlidirlər. Seçilən namizədlərlə əlaqə saxlanılacaq. 


Hakaton 4 mərhədən ibarət olacaq. İlkin mərhələdə iştirakçılar yerli və xarici ekspertlərin onlayn təlimlərinə cəlb olunacaq və müvafiq mövzular üzrə təlimatlandırılacaqlar. Digər 3 mərhələ isə canlı təlimlər, hakaton və qaliblərin mükafatlandırılmasından ibarət olacaq. 


Ən istedadlı 3 qalib komanda münsiflər tərəfindən müəyyən ediləcək və nəticələr mükafatlandırma mərasimində açıqlanacaq. 


Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı əldə edəcəklər. 


Qalibləri (hər bir komanda üzvünü) dəyərli  hədiyyələr gözləyir. 


Müsabiqə günlərində iştirakçılar lazımi ləvazimatlar və qidalanma ilə təmin ediləcək. 


Müsabiqəyə qeydiyyat 10 iyun 2024-cü il, saat 18:00-dək, elektron qeydiyyat formunun linki vasitəsilə aparılır. 


Əlavə suallar yaranarsa, [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz. 


Qeydiyyat formunun linki: https://forms.gle/KyPxvAZga9FYGjTC9


Son qeydiyyat tarixi: 10 iyun 2024-cü il, saat 18:00


Hakatonun digər qaydaları ilə əsasnamədə tanış ola bilərsiniz:


İTi Zəka- 2 Uşaqlar arasında hakatonun ƏSASNAMƏSİ

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?

Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?

Bəs nə deməkdir akselerasiya? Akselerasiya — ideyasını artıq sınamış və böyüməyə hazır olan startapların sürət qazanma mərhələsidir.

Bu mərhələdə komandalar:

 investorlarla tanış olur

 bazar strategiyalarını gücləndirir

 satış və marketinq planlarını təkmilləşdirir

mentor dəstəyi ilə daha real hədəflərə fokuslanır

Sadə desək, akselerasiya startapın “başlamaq” deyil, “böyümək” üçün hazırlaşdığı andır.  Sizcə, bir startap üçün bu mərhələdə ən önəmli amil hansıdır — mentorluq, bazar strategiyası, yoxsa investor dəstəyi?

Ətraflı oxu
innoland news image

V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində

V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində 

Keçirilən infosessiya zamanı tələbələrə startap ideyasının inkişaf mərhələləri, güclü komandanın qurulması və innovasiya ekosistemində iştirak imkanları haqqında məlumat verildi. 

Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:  https://gub.icenter.az/home

Proqram sizə nə qazandıracaq?

Yeni bilik və praktiki bacarıqlar əldə etmək imkanı

Təlimlər və mentor dəstəyi

Startap ideyanı inkişaf etdirmək və həyata keçirmək şansı

Şəbəkələşmə və yeni əməkdaşlıqlar qurmaq imkanı

Gələcəyin innovativ ideyalarını reallaşdırmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun! 

Ətraflı oxu
innoland news image

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.

Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.

Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.

Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.

Ətraflı oxu