13 Aprel, 2020

"Startapda satış" kursuna onlayn şəkildə start veriləcək

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşı "Startup İstanbul"un təşkilatıçılığı ilə "Startapda satış" adlı onlayn kursa start verilir. 

Kursun mentoru investor Marvin Liodur. O, idarəetmə təcrübəsinə malikdir. Bir çox startapa investisiyalar edib, bir neçə ölkədə böyük komandaları idarə edib.

Qeydiyyat linki: https://bit.ly/2V8mtyV

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“RoboCode III” robotik kodlama düşərgəsinə start verildi.

“RoboCode III” robotik kodlama düşərgəsinə start verildi.

“ROS2 nədir və ekosistemə ümumi baxış” mövzusunda keçirilən ilk təlimdə ROS2-nin robot proqramlaşdırmadakı rolu, modul quruluşu, DDS əsaslı kommunikasiya mexanizmi və arxitektura prinsipləri ətraflı izah edildi. Növbəti təlimlərdə iştirakçılar nəzəri biliklərini praktik tapşırıqlarla möhkəmləndirəcək, simulyasiya və real nümunələr üzərində işləyəcəklər

Ətraflı oxu
innoland news image

Gəncə Dövlət Universiteti və "INNOLAND" arasında memorandum imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçirilib.

“Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutub. Görüşdə “INNOLAND”in direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak ediblər. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıblar.

Daha sonra “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Gəncə Dövlət Universiteti arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.

Tədbir sual-cavabı hissəsi ilə davam etdirilib.

Ətraflı oxu
innoland news image

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti Mərkəzi Avrasiya Startap Sammitində iştirak edib

14-15 aprel 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi Avrasiya startap ekosistemi, regionun ən yaxşı startapları, investorları və innovativ şirkətlərinin iştirak etdiyi “Mərkəzi Avrasiya Startap Sammiti” keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov iştirak ediblər.

Vüsal Rüstəmov "İnnovasiyalar Mərkəzi"nin ekosistemin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, infrastrukturun formalaşdırılması, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov isə startapların qlobal səviyyədə sərmayə cəlbi, inkişafı, beynəlxalq bazara çıxış imkanları üçün yaradılan fürsətlər, daxili və xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər haqqında danışıb.

Sammitdə Startap Mərkəzi Avrasiya Platformasının təqdimatı nümayiş etdirilib, Mərkəzi Avrasiya regionunda startap ekosistemlərinin inkişafı üzrə ən yaxşı təcrübələr göstərilib və startapçılar üçün tematik təlimlər təşkil olunub. Həmçinin müxtəlif ölkələrin nümayəndələri, investorlar və startaplarla maraqlı müzakirələr aparılması və vacib qərarların qəbulu üçün təkbətək görüşlər keçirilib.

“Startap Mərkəzi Avrasiya Sammiti” BMT-nin İKT sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dəstəklənib.

Ətraflı oxu