Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Fun Baku tədbiri baş tutacaq.
Tədbir zamanı "Whelp" layihəsinin təsisçisi Seymur Rəsulov, E-ticarət mütəxəssisi Nicat Manafov və təşəbbüskar Asif İbrahimov iş həyatlarında baş verən uğursuzluqlarından danışacaqlar.
Biletləri əldə etmək üçün: https://funbakunovruz.ticketsetup.com/az
“Yay Fest 2025” çərçivəsində iştirakçılarla “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” adlı panel müzakirə baş tutub. Müzakirədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev çıxış edib.
Panel çərçivəsində iştirakçılara startap quruculuğu, uğurlu ideyaların formalaşması, bu prosesdə süni zəka alətlərinin rolu ilə bağlı geniş məlumat verilib. Panel gənclərin iştirakı ilə interaktiv müzakirə ilə davam edib.
“NeecroLearn” oyun inkubasiya proqramında təlimlər davam edir.
Proqramın II mərhələsində təşkil olunan netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "Dynamic Box Studio" oyun studiyasının həmtəsisçisi Şahin Əliyev olub. Görüşdə "Oyun və digital məhsulların prototipləşdirilməsi" mövzusunda çıxış edən Şahin Əliyev ideyaların məhsula çevrilməsinin ilkin mərhələləri, prototipləşdirmə prosesi və bu sahədəki praktiki təcrübələrini iştirakçılarla bölüşüb.
“Green Hackathon 2024” proqramının iştirakçıları üçün təlimlər davam edir.
Təlimdə iştirak edən gənclərə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov hakatonun gedişatı və ümumi prosesi haqqında məlumat verib.
Daha sonra “Bilişim Vadisi” texnologiya mərkəzinin ekspertləri Serhat Duyar və Qamət Kərimov müsabiqə iştirakçılarına “Sahibkarlığa giriş: ideyadan startapa” mövzusunda danışıb.
Həmçinin əsas sahibkarlıq bacarıqları, komanda qurma, idarəetmə və liderlik, "lean" startap, qloballaşma, fikirdən biznes modelinə keçid mövzularından bəhs olunub. İştirakçılar komandalara bölünərək qrup işi həyata keçirib.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi hakatonun təşkilatçılarındandır.