Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutacaq. Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçiriləcək. Görüşdə spiker qismində çıxış edəcək Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışacaq.
Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. Sahibkarlığa marağı onun təşəbbüskar ailəsindən gəlir. İndiyə kimi media, reklam və texnologiya sahələrində müxtəlif startaplara dəstək verib. O, həmçinin texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili almış və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.
Tədbir 19 dekabr saat 19.00-da keçiriləcəkdir.
Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/751487891926718/
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda baş tutacaq “Hackathon”a seçim turları başladı. Seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 11-12 fevral tarixlərində Şamaxı "ASAN xidmət" mərkəzində yerləşən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcək.
Tədbirin ilk günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Tədbirin ümumi planı:
1ci gün: Ümumi təlim
● Startap nədir?
● Startap ideyasını necə formalaşdırmaq olar?
● Bazar araşdırması
● Startapın yaratdığı dəyər
● Biznes model strukturu: biznes modeli, biznes plan
● “Lean” metodologiyası
● Təqdimat
2-ci gün: “Hackathon” və spikerlərin çıxışı
● “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.
● “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.
● Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.
● Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.
Sonda qalib komandalar Şamaxı "ASAN xidmət" mərkəzində yerləşən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar!
Qeydiyyat forumu: https://forms.gle/bngsmDfy89AWkTd68
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.
Həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "BigCommerce" e-ticarət platforması ilə tərəfdaşlığa başlayıb. Bundan əvvəl "Nexsale" Shopify, WooCommerce, WordPress və digər tanınmış elektron ticarət platformalarında mövcud olub. Yeni inteqrasiya "BigCommerce" istifadəçilərinə 14 günlük pulsuz sınaq müddəti ilə "Nextsale" tətbiq həllərindən faydalanmağa imkan verir.
Qeyd edək ki, "Nextsale" sayğaclar vasitəsilə onlayn mağazanıza sosial sübut və aktuallıq əlavə etməyə imkan verən platformadır.