28 Avqust, 2019

Gəncədə keçiriləcək "Hackathon"a seçim turları başladı

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə baş tutacaq “Hackathon”a seçim turları başladı. Seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 23-27 sentyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində keçiriləcək. Qeyd edək ki, "Hackathon" aqrar mövzusundadır.

Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində  keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

 

Tədbirin ümumi planı:

1ci gün: Ümumi təlim

●         Startap nədir?

●         Startap ideyasını necə formalaşdırmaq olar?

●         Bazar araşdırması

●         Startapın yaratdığı dəyər

 

2-ci gün: Ümumi təlim

●         Biznes model strukturu: biznes modeli, biznes plan

●         “Lean” metodologiyası

●         Təqdimat

 

3-cü gün: “Hackathon” və spikerlərin çıxışı

●         “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.

●         “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.

 

4-cü gün: Komanda işi və mentorluq

●         Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.

 

5-ci gün: Komanda işi, final günü təqdimatı, qalibin elan edilməsi

●         Günün 1-ci yarısı: komanda işi davam edəcək.

●         Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.

Sonda qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar! Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.

 

Seçim kriteriyaları:

  • İştirakçılar 18 yaşdan yuxarı olmalı
  • Başlanğıc səviyyəsində ingilis dili biliklərinə sahib olmalı

Qeydiyyat forumu:  https://forms.gle/J3skrtpJHttPoSd27

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"Astana Hub" və "INNOLAND" arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
 

Ətraflı oxu
innoland news image

Təhsil sahəsində hakaton keçiriləcək 

31 iyul - 2 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti və "SUP VC"  şirkətinin təşkilatçılığı ilə "EduHack Baku" hakatonu baş tutacaq.

Onlayn şəkildə keçiriləcək hakatonun hədəf kütləsi innovativ düşüncəli universitet tələbələri, məzunlar və təhsil sahəsində çalışanlardır. Hakatonun əsas məqsədi distant təhsil sahəsinə yeni həllərin gətirilməsidir. 

İştirakçılar hakaton zamanı innovativ yollardan istifadə edərək distant təhsildəki problemləri həll etmək üçün 3 gün boyunca öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər. 

Qalibləri ümumilikdə 6 min manatlq mükafat gözləyir.

📮Qeydiyyat: https://bit.ly/2ZnmqRF
✅Son qeydiyyat tarixi: 29 iyul 

Ətraflı oxu
innoland news image

Gəncədə Azərbaycan Texnologiya Universitetində startap həvəskarları “İnnostart” panelində bir araya gəldi.

Gəncədə Azərbaycan Texnologiya Universitetində startap həvəskarları “İnnostart” panelində bir araya gəldi. 

Paneldə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov “İnnovasiya və startapların inkişaf imkanları” barədə maraqlı fikirlərini bölüşdü.

Sonda gənclərin ideyaları dinlənildi və səmimi müzakirələr aparıldı.

Ətraflı oxu